BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək

İşğaldan azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı genişləndirilib.

 

Belə ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə yerin təki istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək.

 

Qeyd edək ki, bu, 2025-ci il yanvarın 1-dək qüvvədədir.

Tarix: 14 Sentyabr 2022, 20:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin