BURADA REKLAMINIZ OLA
BİLƏR

Ombudsman Aparatı: Ermənistan Cenevrə Konvensiyasını kobud şəkildə pozur

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq Ermənistanın hərbi təxribatı davam edir.

 

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində quruculuq işləri ilə məşğul olan mülki şəxslər - Goranboy rayonu Veyisli kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonu Qaraçinar kənd sakini Orucov Arzuman İman oğlu ağır yaralanıblar.

 

Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Tarix: 14 Sentyabr 2022, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin