BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Əli Kərimli, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu kimiləri ermənipərəst dairələrin sifarişlərini yerinə yetirirlər”

“Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Məhz sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Revanş hislərinə qapılaraq 44 günlük Vətən müharibəsi zamanı aldığı dərsi unudan Ermənistana rəşadətli Ordumuz növbəti dəfə lazımi cavabı vermiş oldu. Rəşadətli Ordumuz düşmən təxribatlarını anındaca və qəhrəmanlıqla dəf etdi və düşməni törətdiyi təxribat cəhdlərinə görə peşiman etdi. Bundan sonra da istənilən təxribat cəhdinin qarşısı dərhal alınacaq və bu cəhdlər Ermənistan üçün ağır başa gələcək. Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli dərs Ermənistana və ermənipərəst dairələrə nökərlik edən, sapı özümüzdən olan baltaları ciddi narahat edib və dərhal Ermənistan hərbi təxribatlara başlayan andan bunlar da canfəşanlıq etməyə başlayıblar. Belə ki, ölkə daxilində və xaricində fəaliyyət göstərən bu xəyanətkar qruplaşma hərbçilərimizin şəhid olmasını siyasi müzakirə predmetinə çevirməyə və yersiz, eyni zamanda əsassız manipulyasiyalar etməyə çalışırlar. Xalqımızda olan yekdil birliyə zərbə vurmaq məqsədi ilə Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimiləri milli və dövləti maraqlarımıza zidd fikirlər səsləndirməklə məşğul olurlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

“Düzdür, sözügedən bu marginal qruplaşma hər zaman anti-milli mövqe sərgiləyiblər. Lakin xalqın, dövlətin həssas məqamında bu kimi davranış sərgiləməyin yeganə adı var - o da Xəyanətdir. Bu şəxslərin sərgilədiyi anti-milli mövqe  bir daha təsdiq edir ki, bunlar anti-Azərbaycan dairələr, xüsusilə də erməni lobbisi tərəfindən təlimatlandırılaraq satqınlıq missiyasını yerinə yetirilər. Hər kəsin yaxşı yadındadır ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərə bu günə kimi kölgə salmağa cəhd edirlər. Həmçinin qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi ilə əlaqədar da bu qruplaşmanın böyük narahatlıq keçirdiyi hamımıza məlumdur. Xəyanətkarlıq missiyasını yerinə yetirən bu marginal qruplaşma insanlarda fikir ayrılığı və çaşqınlıq yaratmaq məqsədilə əsassız iddialar ortaya atmağa cəhdlər edirlər. Utanmadan Azərbaycanı təcavüzkar adlandırır, Ermənistanın törətdiyi təxribatları ölkəmizin adına çıxırlar. Bütün bu yaramaz əməlləri bir daha təsdiq edir ki, bu marginal qruplaşmanın üzvləri birbaşa düşmənə nökərçilik edərək onların  xeyrinə fəaliyyətlə məşğuldurlar. Ermənistanın sərhəddə təxribat cəhdləri düşmənin Vətən müharibəsindəki dərsi unutduğuna dəlalət edir. Havadarları və anti-milli ünsürlər də görünür ki, nəyəsə ümidləniblər. Lakin unudurlar ki, Azərbaycan güclü dövlətdir və xalqımızda yekdil, monolit həmrəylik vardır. Azərbaycan Ordusu düşmənin istənilən təxribat cəhdlərinin qarşısını almağa hər an hazırdır. Başqa sözlə desək, “Dəmir yumruq” yerindədir. “Dəmir yumruğ”un bir tərkib hissəsi isə qalib xalqımızdır. Azərbaycan xalqı zamanla çox sınaqlardan keçib. Müdrik xalqımız Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid kimilərinin ermənipərəst dairələri sifarişlərini yerinə yetirdiklərini də çox gözəl bilir. Bu xəayanətkarlar özlərini xalqa canıyanan kimi təqdim etməyə çalışsalar da  mənfur niyyətləri bu dəfə də gözlərində qalacaq. Onların xalqı parçalamq, insalar arasında çaşqınlıq yaratmaq planları baş tutmayacaq. Çünki Azərbaycan xalqı belə Vətən xainlərini  yaxşı tanıyır və onların Azərbaycanın  durmadan artan beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini  iflasa düçar edir. Bundan sonra da müdrik xalqımız həmrəylik nümayiş etdirərək Azərbaycanı zirvələrə və qələbələrə aparan Müəzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında əbədi olaraq sıx birləşəcək və ölkəmizə, müstəqilliyimizə, suvernliyimizə, ərazi bütövlüyümüzə, xalqımıza qarşı yönəlmiş bütün xəyanət və təxribatların qarşısını qətiyyətlə alacaqdır. Heç bir qüvvə Azərbaycanı haqq yolundan çəkindirə bilməz!” – C.Osmanov vurğulayıb.

 

Kənan

Tarix: 15 Sentyabr 2022, 06:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin