BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadının boğazını kəsən şəxsdən xəbər var

Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, topalanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Bu il mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.


Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü R.Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla R.Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı cinayət işi başlanıb.


R.Məmmədov şübhəli şəxs qismində tutulub.


İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir.


R.Muradovanın keçmiş ərinin onun öz bibisi oğlu olduğu deyilir.

Kamal Məmmədov 

Tarix: 15 Sentyabr 2022, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin