BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov: “Əyyaşlıqda və əxlaqsızlıqda da ümid yerlərinizi qabaqlasaz belə, ağalarınızın bizə münasibəti dəyişməyəcək”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın da, Ukraynadakı “DNR” və “LNR”in də arxasında Rusiya durub. Amma həm Qərb, həm də müxalifətçi rus mətbuatı (məsələn, “Dojd”) Ukraynadakı qondarma “respublika”ları separatçı və terrorçu adlandırır, ermənilərə gəldikdə isə heyfslənirlər ki, axı niyə Rusiya onları qoruya bilmir və s. və i.a. Hədəfləri Rusiyadırsa, niyə ardıcıl deyillər? Amalları hüquq və qanunçuluqdursa, niyə ikili standartlara yol verirlər? Ona görə ki, biz müsəlmanıq! Türkiyə 80 il müsəlmanlara qarşı Qərbdən də çox məhdudiyyət tətbiq etdi, amma yaxın buraxmadılar, Avropa İttifaqına qəbul etmədilər. Türkçülükdən dəm vuran o dövrdəki Türkiyə rəhbərliyi də bizə real dəstək vermədi. Yalnız İslama dəyər verən şəxslər Türkiyədə iqtidara gələndən sonra Azərbaycan qardaşlıq və müttəfiqliyin bəhrəsini gördü”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

“Odur ki, ey Qərbə və Şimala (xristian-ateist sivilizasiyası), habelə Cənuba (bütpərəst sivilizasiyası) ümid bəsləyən, buna görə dəridən-qabıqdan çıxan yerli manqurtlar, bilin və agah olun! Hətta nudistlikdə, əyyaşlıqda və əxlaqsızlıqda da ümid yerlərinizi qabaqlasaz belə, kar olmayacaq, ağalarınızın bizə münasibəti dəyişməyəcək! Çünki əhalimizin əksəriyyəsi müsəlmandır və Allahın izni ilə müsəlman olaraq da qalacaq. Düşmən üzərində Zəfərimiz də ilk növbədə döyüşçülərimizin imanı və əqidəsinin bəhrəsidir. Dost və düşmənlərimiz bəllidir, hər kəsin seçimi də yalnız bu çərçivədə ola bilər!” – Ə.Həsənov qeyd edib.

 

Kənan

Tarix: 15 Sentyabr 2022, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin