BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnur Allahverdiyev: “Qapını açıb həyətə daxil olarkən düşünürsən ki...” - FOTO

“Əli bəy Hüseynzadə, dalan 5 Bayır şəhərə xarakterik küçələrdən biridir. Dalanın belə dar olması, sizi aldatmasın. Burada elə həyətlər var, 15-17 ailə yaşayır. Çöldən baxan, inanmaz. Həqiqətən belədir. Qapını açıb həyətə daxil olarkən düşünürsən ki, bir ünvana gəlmisən”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Elnur Allahverdiyev deyib.

 

Deputat bildirib ki, bu dalanın sakinləri ilə seçkiqabağı təşviqat kampaniyası dövründə tanış olub: “Ən gur görüşlərimizdən biri elə burada baş tutub. Sakinləri elə bil, seçib məskunlaşdırıblar, hamısı mehriban və qonaqpərvərdirlər. Bizdən bilirsiniz, nə xahiş etmişdilər? Yalnız dalanın asfaltlanmasına kömək göstərmək. Heç bir şəxsi istək, şikayət və təklif eşitməmişdik. Sizə maraqlı gələcək, ancaq bu xahişi də özləri üçün istəməmişdilər. Qonşuları Salayev Gülbalanın həyat yoldaşı əlildir. Gülbala hər gün həyat yoldaşını əlil arabası ilə dükana, küçəyə çıxararkən dalanın nataraz yolu ilə xeyli əziyyət çəkir. Qonşular Gülbalaya kömək edirlər, ancaq dalanın yeri hamar olarsa, köməksiz də keçmək olar. Bu istəyi, təbii ki, qeyd etmişdik. Və ilk işimizdən biri sakinlərə bu problemin həllində kömək göstərmək oldu. Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sağ olsunlar, dərhal maraqlandılar, əraziyə mütəxəssisləri cəlb etdilər və budur, dalan yeni asfalt örtüyü ilə təmin olundu. Dostlar, güc birlikdədir. Bir olmasaq, heç nəyə nail ola bilmərik. Nə qədər ki hədəfimiz birdir, heç bir qüvvə qarşımızda dura bilməz!”

Fotoları təqdim edirik
Tarix: 20 Mart 2020, 19:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin