BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda tikinti şirkətinin rəhbərinə BƏRAƏT VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşir Qardaş oğlunun barəsində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməyib. Təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən birlikdə imzalanmaqla verilmiş apellyasiya şikayəti təmin olunub.

 

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavanşir Şirəliyevin barəsində olan 15 oktyabr 2020-cı il tarixli hökmü ləğv edilib və hər iki epizod üzrə ona bəraət verilib.

 

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və ekspertiza xərcinin ödənilməsi barədə göstəriş ləğv olunub.

 

Bildirilib ki, C.Şirəliyev barəsində bəraət hökmü elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, Baş Prokurorluğun depozit hesabına qoyulmuş 159 000 manat və 60 000 ABŞ dolları bəraət almış təqsirləndirilən şəxs qaytarılsın.

 

İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq edib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunub.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində Səbail rayon məhkəməsinin qərarı 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilmişdi. Hölmdın narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxs və zərərçəkmiş apellyasiya şikayəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2022, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin