BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Quliyev: “Bu yaşıma çatmışam, Paşinyan kimi rəhbər görməmişəm”

“Şəhidlərimiz bizim üçün əzizdir. Hamısı gənclərdir. Allah şəhidlərimizin ata-analarına, xalqımıza səbir versin. Mən də tərəfdarıyam ki, ölkədə matəm elan olunsun. Dövlət istəsə, edəcək. Dünən axşam saat 8-dən atəşkəs elan olunub. Dövlət məsləhət bilsə, 3 günlük matəm elan edər. Müharibədir, itkilərimiz olur. Allah o erməninin evini yıxsın. Sülh sazişini də oyuncağa döndəriblər. Nə “hə” deyirlər, nə də “yox””.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

“Paşinyan gəlib parlamentdə başqa söz deyir, Moskvada ayrı, Brüsseldə ayrı. Belə rəhbər olmaz. Bu yaşıma çatmışam, həyatımda belə rəhbər görməmişəm. Nə xalqının qabağına çıxa bilir, nə dost kimi dostluq edə bilir, nə düşmən kimi düşmən. Hamısı ermənilərin oyunudur. Erməninin həyatı boyu öz fikri olmayıb, çünki nə vətəni olub, nə işi-gücü. Həmişə elə onun-bunun artığı ilə, qabağından qalanla böyüyüb. Özlərindən mif yaradıblar ki, biz Allah tərəfindən yaradılmış “ali bəndə”lərik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2022, 13:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin