“Diqqət etsək, son iki ildə bütün danışıqlarda, məxfi görüşlərdə, o cümlədən parlament çıxışlarında, ayrı-ayrı ərazilərdə vətəndaş birlikləri ilə görüşlərində Paşinyan heç vaxt öz xalqı üçün xilaskara çevrilməyə indiki qədər yaxın deyildi. Məhdud sayda, amma kükrəmiş və ayrı-ayrı qüvvələr tərəfindən yönləndirilən, lidersiz, 30 il bundan əvvəlki dövrdə Razdan meydanına “Qarabağ”, “myatsum”, “torpaq” şüarları ilə çıxan, amma son üç onillik ərzində rəhbərləri tərəfindən sömürülən, məhv edilən, yalnız məzarlıqlar qazanan erməni xalqı isə evindən Paşinyanı seyr etməklə məşğul idi. Onların mütləq əksəriyyəti hazırkı rəhbərlərinin nə söylədiyini başa düşürlər. Əminəm ki, qəlbən onunla şərikdirlər. Paşinyanın bu sözləri şok və qorxu altında söylədiyinə şübhəniz olmasın. Burada siyasi müstəvidə səmimiyyət, demək olar, özünü göstərmir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin komitə sədri Zahid Oruc Ermənistanın Baş naziri Nikol Paşinyanın “satqın” adlandırılacağı və hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə belə, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə verdiyi açıqlamanı şərh edərkən deyib.
Z.Oruc bildirib ki, Paşinyanın çıxışında son iki günün hərbi əməliyyatları əvəzsiz rol oynayıb: “Gördüyünüz kimi, ondan əvvəl söylənən fikirlər də az əhəmiyyətli deyil. Əvvəlcə söyləndi ki, yaxşı, Azərbaycanın informasiya seqmentində səslənir ki, həmin bölgələrdə sərhəd yoxdur, biz də müxtəlif strateji yüksəklikləri tuturuq. O zaman sanki bizimlə virtual polemika aparırmış kimi bildirildi ki, belə olan təqdirdə tam sərhədsiz vəziyyətdirsə, axı biz Sovet İttifaqı dövründə bir xəritə və Qarabağın Azərbaycanın tərkibində olması dövrünü yaşamışıq. Həmin zamanı bizə xatırlatdılar. Çox unikal bir mənzərədir. Son 30 ildə ərazi bütövlüyü, Sovet dövrü, xəritələr, Qarabağın Azərbaycanın tərkibində olmasından danışanda bütün beynəlxalq konfranslarda ölkənin birinci şəxsi başda olmaqla, parlamentarilər, dövlət adamları, sadə vətəndaşlar, partiyalar, hərəkatlar deyirdilər ki, “yox, orada hər hansı sərhəddən, bütövlükdən danışmaq olmaz”. Nə əcəb, indi bizim arqumentlərimizlə silahlanıb? Həqiqətənmi, son iki günün zərbələri olmasaydı, o söz dilə gəlməzdi? Məgər 44 gün kifayət etmədi? Ona görə də bizim tam ixtiyarımız var ki, 12-14 sentyabr tarixləri arasında gedən və şəhidlərimizin qanı ilə çəkilmiş sərhədlər, Ordumuzun süngüsü ilə müəyyənləşən nişanlar və bayraqları da 44 günlük savaşın davamı sayaraq Paşinyanın parlamentində və xalqına müraciətində “bu müqaviləni imzalamaqdan başqa yolumuz yoxdur” sözünü dedirtsin”.
Deputat deyib ki, Paşinyan axşamüstü meydanlara müxtəlif qüvvələrin gətirildiyini görüb bəyanatını ona qarşı müxtəlif düşmənlərin manipulyasiya məqsədi ilə tirajladığını söyləyib: “Başadüşüləndir. O, anlayır ki, sənədi imzalamamış qətl edə bilərlər. Çünki ifadəsinə diqqət etsəniz, deyirdi ki, “yəqin, məni nəinki xəyanətkar elan edib taxtımdan uzaqlaşdıracaqlar, bəlkə, heç həyatda qalmadım”. Paşinyan bunu başa düşür, anlayır. O, həm də öz xalqını istəyir. Bu, gerçəkdir. Doğrudur, onun əleyhinə arqumentlərdən birini yazıblar, o, müxalif jurnalistikadan hələ də ucalmayıb, dövlət rəsmisinə çevrilməyib. Amma mən düşünürəm ki, jurnalist fəaliyyəti dövründə də o, bu məsələ ilə bağlı həqiqətləri müəyyən qədər yazırdı. İndi də dərk edir ki, Ermənistan özü boyda Türkiyə və Azərbaycan arasında təhlükəsizlik zonası olmayana qədər bu savaş davam edəcək. Türkiyə və Azərbaycana qarşı, o cümlədən İranın tərkibində 30 milyona qədər azərbaycanlının əhatəsində bu qovşaqda düşmənçilik niyyəti ilə yaşayırsa, sağ ayaqda qala bilməz”.
Z.Oruc ümidvardır ki, Paşinyan əlverişli şəraiti gözləyəcək: “Son iki günün əməliyyatlarının nəticəsi üç planda özünü göstərəcək. Zəngəzurdan dəhliz olmayacaqsa, İrəvandan keçib gedən dəhliz meydana gələcək. Bu, hansı formada olacaq? Əlbəttə, tanklarla, toplarla deyil. Onlar kommunikasiyanı hansısa nöqtələrdən açmalı olacaqlar. İkinci məsələ, Xankəndi və ətraf üç bölgədə bir ovuc yaşayan erməninin əhatəsindəki müəyyən sayda silahlı birləşmələr ordan çıxmalı olacaqlar. Üçüncüsü, nə qədər gec deyil, delimitasiya və demarkasiya üzrə komissiyasının əli ilə indi sərhədi danışıqlarla müəyyənləşdirmək mümkündür. Gədəbəydən Naxçıvana qədər hər yerdə bu cür toqquşmalarla sərhədlər müəyyənləşmiş olsa, onda BMT-ni, beynəlxalq hüququ, Sovet dövründə çəkilmiş xəritələri kənara qoyub, sadəcə, dünyada sağ qalmaq uğrunda savaş getməli olacaq. Bizim dövlətin məramı bu deyil. Cənab Prezident yenə də sülh gündəliyini bəyan etdi. Əminəm ki, Səmərqənd görüşlərində də bu, bir daha qabaracaq. Müharibə gündəliyinə aparmağa Ermənistanın qüvvəsi yoxdur. Son 300-ə qədər cəsəd fonunda, görəcəksiniz, hətta kükrəyən, etirazla çıxış edən qüvvələr də bizim bu fikirlərimizə gələcəklər”.
Aytəkin Qardaşova
28 Mart 23:38
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
Ən son xəbərləri səhifəmizdən də izləyin