BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Zeynalova: “Arvana kənd məktəbinin direktoru baldızını onunla evlənməyə məcbur edib”

“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sap sağlam olan bacısının mövcud əri onunla evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib. Demək gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli aravdımsan. "Ər" qızı boğaraq onula zorla ərdə olamsını tələb edib. Maraqlı bilrisiz nədir? Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümüknsə bu direktorla məşğul olun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

 

M.Zeynalova əlavə edib ki, adını bilmədiyi Yardımlı polis əməkdaşı ona zəng vuraraq, soruşub ki, sizdə yardımlı sakini varmı, bildirdik ki, var: “Dedi həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş bizim bu polis əməkdaşı bütün nəsli yanına alıb gəlib qapıya. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, cavab adam axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında hədə qorxu gəlib əməkdaşmıza, amma polis hədənin qarşısını almayıb. Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdalıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Qida, ayaqqabı həm uşağa həmq adına alıb və sığınacağa istiqamətləndirib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xahiş edirik, orta əsir qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürün. Yeri gəlmiş qadının və uşağının sənədləri girov saxlanılıb və həmin sənədlər mümkünsə alınıb verilsin şəxsin özünə. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə...”

 

Kənan

Tarix: 15 Sentyabr 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin