BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi ekspert: “Ermənistan ordusunun qanlı döyüşlərdə 400-dək hərbçisi məhv edilib”

“Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində bölmələrimizə qarşı törətdiyi təxribat nəticəsində baş verən qanlı döyüşlərdə qarşı tərəfin 400-dək hərbçisi məhv edilib. Çoxunun meyiti hələ də döyüş meydanlarında qaldığına görə Ermənistan tərəfi ölənlərin sayını dəqiqləşdirib ortaya çıxarda bilmir”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.

 

“Biz də şəhid vermişik, amma şəhidlərimizin qisası döyüş meydanında qat-qat artıq alınıb. Əsas odur ki, Ermənistana miqyası təsvir olunmayacaq dərəcədə güclü zərbə vurulub. Açıq deyim ki, bir çox məsələlər barədə dəqiq məlumat vermək olmur. Bəlkə buna görədir ki, cəmiyyətimizdə bu qədər şəhid verməklə nə əldə etdiyimiz barədə suallar aktualdır. Amma bu məsələlər barədə kifaəyət qədər məlumatlı bir insan kimi deyirəm ki, zamanla hər şey bilinəcək və əsgərlərimizin, zabitlərimizin igidliyi, peşəkarlığı sayəsində əldə etdiyimiz uğurun miqyası tam göründükdən sonra onun əsl qiyməti veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq” – Ə.Verdiyev qeyd edib.

Tarix: 15 Sentyabr 2022, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin