BURADA REKLAMINIZ OLA
BİLƏR

Heydər Mirzə: “Təəssüflər olsun ki, düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib”

“Şəhidlərin arasında gənc əsgərlərin olması çox adamın diqqətini cəlb edib. Özüm orada olmamışam, səhv ola bilərəm. Amma artilleriyadan çox istifadə olunub, döyüşlərin gedişatından göründüyü kimi. Düşünürəm ki, düşmən bizim arxa eşelonlarımızda olan bəzi hissələrimizə zərbələr endirə bilib. Gənc heyət itkiləri də bu səbəbdən ola bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hərbi ekspert Heydər Mirzə bildirib.

 

“Təəssüflər olsun ki, düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib. Amma məndə olan məlumata görə, gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar. Əminəm ki, komandanlıq müvafiq çıxarışlar edəcək” – H.Mirzə vurğulayıb.

Tarix: 15 Sentyabr 2022, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin