BURADA REKLAMINIZ OLA
BİLƏR

Dostunu keçmiş arvadına qısqanan şəxsə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçay rayonunda dostunu öldürməyə cəhddə təqsirləndirilən Fərid Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Hökmdə qeyd edilib ki, zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunub və 4000 manat cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyana görə, 5000 manat mənəvi zərərə görə, ümumilikdə 9000 manat məbləğində pul Fərid Hüseynovun tutularaq zərərçəkmiş şəxsə ödənilsin.

 

Qeyd: Hadisə ötən ilin noyabr ayının Göyçay rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1992-ci il təvəllüdlü Hüseynov Fərid Rza oğlu həmyerlisi Məmmədov Vüsal Elçin oğlunu bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal Məmmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra Fərid Hüseynov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirm) maddələri ilə ittiham irəli sürülüb.

 

İttihama görə, hadisə qısqanclıq zəminində baş verib.

 

Belə ki, Fərid Hüseynov keçmiş arvadı ilə zərərçəkmiş Vüsal Məmmədov arasında sevgi münasibətlərinin olmasından şübhələnib. Buna görə də o, Vüsalla həmin məsələni aydınlaşdırmaq qərarına gəlib. Bu məqsədlə Fərid cinayətə əl atıb.

 

Kamal Məmmədov 

Tarix: 16 Sentyabr 2022, 07:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin