BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu dairə ləğv edildi, qayda pozanları 3 bal 60 manat cərimə gözləyir - VİDEO

Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Vaz dairəsi” kimi tanınan yolda hərəkətin təşkilinə köklü dəyişiklik edilib. Körpünün üzərində olan dairələrin hər ikisi ləğv edilib və yolun hərəkət hissəsini ayırmaq üçün dəmir məhəccərlər quraşdırılıb. Eyni zamanda Bakı istiqamətindən gələn sürücülərin hərəkəti yalnız sağa təşkil edilib. Əvvəllər Bakı istiqamətindən gələn sürücülər körpüyə qalxdıqdan sonra dairəvi hərəkət təşkil edilmiş yolayrıcından sola dönməklə Bakı Mühəndislik Universitetinə və Xırdalan şəhəri istiqamətinə hərəkət edə bilirdilər. Lakin son edilən dəyişiklikdən sonra həmin dairə ləğv edilib və hərəkət yalnız sağa təşkil edilib. Bundan sonra sürücülər Bakı Mühəndislik Universitetinə və Xırdalan şəhəri istiqamətinə getmək üçün yalnız sağa hərəkət etməli, 2-3 kilometrdən sonra geriyə dönmə yerindən dönərək qeyd edilən istiqamət üzrə hərəkət etməlidirlər.

 

Qeyd edək ki, körpünün üzərində olan digər dairə də ləğv edilməklə sola- Bakı şəhəri istiqamətinə baş yol nişanı  quraşdırılıb, həmçinin körpünün enişində yol genişləndirilib.

 

Avtosfer.az

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Tarix: 15 Sentyabr 2022, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin