BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda mənzildən külli miqdarda oğurluq edən qadın saxlanıldı

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11 000 manat və 4 600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 16 Sentyabr 2022, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin