“Şəhidimiz Səbuhi Əhmədovun qardaşının verdiyi məlumatlar da təhriklərin nəticəsidir. Görürsən ki, kimsə belə adamları ani yoldan çıxarır. Çünki bu adam stress keçirir. Qardaşı ilə birgə SOS uşaq evində böyüyüb. Dövlət bunları böyüdüb, Orduya göndərib, vəzifə verib. Şəhidin haqqında belə fikirlərin yayılması və bundan istifadə edənlər vicdansız, qanı olmayan adamlardır. Axı bu balaca uşaqları dövlət böyütdü, yetişdirdi. Orduya göndəriləndə xidməti hərbi vəzifə də verildi. Kim Səbuhi Əhmədovdan pul ala bilərdi, hansı vicdanı, qeyrəti olan azərbaycanlı belə bir adamdan pul istəsin? Bunlar həqiqətəuyğun məsələlər deyil. İndi o qədər imkansız adamlara dövlət şərait yaradır, atasız-anasız insanlara yardım göstərir ki...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, hansısa sahədə rüşvət varsa, tədbir görülür: “Yaxşı olar ki, şəhiddən rüşvət alınması barədə yazan adamlar dəqiq ünvan göstərsinlər, üstündə dursunlar. Bu, sözlə deyil. Rüşvət cinayət əməlidir. Rüşvət alanların da aqibətini görürsünüz. İcra başçıları, bələdiyyə üzvləri, nazirlər də həbs edilir. Əllərində fakt varsa, əsl vətəndaşdırlarsa, desinlər ki, Müdafiə Nazirliyində işləyən filan adam bu qədər bizdən rüşvət aldı. Açıq elan etsinlər, ondan sonra müvafiq orqanlar gedib araşdırıb, tədbir görsünlər. Yoxsa sözlə cinayət əməli həll olunmur. Sözlə deyirlər ki, “hərbidə rüşvət alırlar”, “hərbidə rüşətxorluqdur”. Faktınızı deyin, araşdırılsın. Mən demirəm ki, bütün sahələr tam sağlamdır. Mənfur, rüşvətxor ünsürlər ola bilər. Amma bunu ümumi dövlətin, cəmiyyətin adına yazmaq düzgün deyil. Rüşvətxor, cinayətkar cəzasını almalıdır. Amma ortada faktlar da olmalıdır”.
T.Rzayev deyib ki, belə məlumatları yaymaqla adamlarda ikrah hissi doğururlar: “Bu, şəhid ailəsinə qayğı deyil, hörmətsizlikdir. Şəhidin qardaşı belə bir söz deyibsə, sübut olunmalıdır. Bu, istintaqın işidir. Təəssüf ki, bir-iki nəfər qardaşa nəsə deyib, müəyyən qüvvələr də bunu əlində “dəstək” edib dövlətin əleyhinə, şəhidlərin ruhuna hörmətsizliyə başlayırlar. Bu, yolverilməzdir. Şəhidlərimiz, qazilərimiz bizim üçün, torpaq, Vətən üçün əzizdirlər. Dövlətin, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdiyi qayğı sonsuzdur. Vicdanı olan hər bir vətəndaş da şəhidlərimizə, onların ailələrinə diqqət və qayğı ilə yanaşmalıdır. Çünki onlar xalqı, Vətəni müdafiə ediblər. Şəhidlərimiz haqqında bu cür şaiyələr yaymaq, bunu geniş ictimailəşdirmək insanlığa xas olan xüsusiyyət deyil. Şəhidin qardaşı stress keçirib nəsə bir kəlimə deyə bilər, sonradan etiraf edir ki, məsələ elə deyil. Görünür, hansısa qüvvələr onun halsızlığından, vəziyyətindən istifadə ediblər. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Həmişə qarşılarında baş əyirik”.
T.Rzayev əlavə edib ki, bu gün Azərbaycan həqiqətlərinə qara yaxmaq, qələbəsinə kölgə salmaq istəyən qüvvələr çoxdur: “Həm daxildə, həm xaricdə bu qüvvələr kifayət qədərdir. Belə təxribat xarakterli məlumatların yayılması da bunun nəticəsidir. Fikir verin, Altay Göyüşov adlı biri çıxıb deyir ki, Azərbaycan Ermənistana “təcavüz edib”. Görün, nə qədər nifrət doğurucu hisdir. Digərləri deyir ki, müharibədə qələbə çalmamışıq, torpaqlarımız azaddırsa, niyə sakinlər kütləvi şəkildə Qarabağa qayıtmırlar? Guya həmin əraziləri hansısa məmurlar əkib-becərəcəklər. Belə xarakterli məlumatları eşidəndə bir azərbaycanlı kimi təəssüf edirəm ki, nə qədər dar düşüncəli adamlardırlar. Onlara inananlar, cavab verənlər, dəstəkləyənlər vətən məhəbbətindən uzaqdırlar”.
Aytəkin Qardaşova
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
Ən son xəbərləri səhifəmizdən də izləyin