BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi barədə məlumat yalandır

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

 

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

 

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda qeyd edilib.

Tarix: 16 Sentyabr 2022, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin