BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Sadıqov aclıq aksiyasına başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış vəkil Elçin Sadıqovun barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

 

Həmçinin Elçin Sadıov da çıxış edib.

 

Proses sentyabrın 17-dək təxirə salınıb.

 

Elçin Sadıqovun vəkili İradə Cavadova jurnalistlərə bildirib ki, müvəkkili aclıq aksiyasına başlayıb: "O, ittihamlarla razı deyil".

Qeyd: Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

 

Toplanan ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 16 Sentyabr 2022, 16:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin