BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İndi cəmiyyətlər üçün xarakterik olan iki fiqurun - yappilər və zombilərin dövrüdür”

“Artıq dünyada intellektualların birliyi mövcud deyil. Onlar ya fərdi şəkildə ya da hansısa klublarda birləşib dünyada baş verən hadisələrə münasibət bildirərdilər. İntellektualların süqutuna səbəb olan amillərdən biri də onların həqiqəti inkar etmələri oldu. Bu səbəbdən onların əsərlərinə də maraq azaldı. Başqa bir səbəbi isə böyük şair İosif Brodski izah etdi: “Mən yazmağa başlayanda ədəbiyyat yüzə yaxın müəllifi əhatə edirdi. İndi kitab dükanına girmək, solist və qrup albomlarıyla zəngin val-plastinka dükanına girməyə bənzəyir. Bütün bu albomlardakı qruplar və solistləri dinləmək mümkün deyil, çünki buna heç ömür də bəs etməz. Həm də ona görə ki, onların əsas üslubu-səs küydür. Bütün bunlar müasir ədəbiyyata da aiddir.” Ədəbiyyatın sonu Fukuyamanın paradiqması olan tarixin sonu kimi bir şeydir. Mentalitet belədir: Bir neçə cızmaqara və bir neçə nəfərin tərifindən sonra adamlarda təkəbbür o dərəcədə artır ki, əxlaq tamamilə yoxa çıxır. İndi cəmiyyətlər üçün xarakterik olan iki fiqurun - yappilər və zombilərin dövrüdür. Onların oxumaqla işi yoxdur. Səs-küydən özlərinin də qulaqları tutulur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, “yappi” “gənc professional şəhərli” mənasını verir: “Bu “intellektual kompleks”dən məhrum olmuş tipdir. Onu şəhərdən kənarlaşdırmaq mümkün deyil. Əyləndiyi yer şəhərdir. Şəhər onun yeganə məmnunluq məkanıdır. İkinci tip daha geniş yayılıb: Bu zombi tipidir. Bu proqramlaşdırılmış vücuddur. Şəxsi keyfiyyətlərdən məhrumdur. Sərbəst düşüncə tərzinə malik deyil. Bu sözün geniş mənasında kütlə insanıdır, onu çox vaxt maqnitafonla eyniləşdirirlər. Onlar əllərindəki İKT alətlərini cəmiyyətə qarşı çevirirlər. Bəli, səs-küy və qəzəb...”

Tarix: 17 Sentyabr 2022, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin