BURADA REKLAMINIZ OLA
BİLƏR

"Belə bir təşkilatı Qərb qursaydı, dünyanı basıb yemişdilər"

“Yaxşı ki, nə Türkiyə, nə də Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, heç olmaq da doğru olmazdı. Bu təşkilatın tarixində ən böyük uğuru və ən gözəl şey elə bu şəkildir(liderlərin fotosunu nəzərdə tutur-red). Belə bir təşkilatı Qərb qursaydı, dünyanı basıb yemişdilər. Təsəvvür edin təşkilatdakı ölkələrin əhali sayı 3,5 milyardı keçib. Sahəsinə görə də dünyanın ən böyük ölkələridir, az qala dünyanın yarısını tuturlar. Əksəriyyətinin də nüvə silahı var. Di gəl ki, özləri özlərinin mehriban düşmənidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

E.Əmirov qeyd edib ki, Çin Orta Asiya ölkələrini yemək üçün Rusiya ilə "vuruşur", hələ bu azmış kimi Rusiyanın şərqinə göz dikib, mümkün qədər ora çox çinli yerləşdirməyə çalışır: “Hindistanla Pakistan faktiki düşməndir. Qırqızstanla Tacikstan isə artıq müharibəyə başlayıb. Qərb belə bir təşkilatın nəyindən qorxsun, nəyindən ehtiyat etsin?! Özləri-özlərinin düşmənidir”.

Tarix: 17 Sentyabr 2022, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin