BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN əməliyyat keçirdi, narkotacir saxlanıldı - FOTO

Lənkəranda narkotacirin üzərindən və evindən 2 kiloqrama yaxın narkotik aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Pravda.az-a verilən xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nahid Nurullayev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 14 qram narkotik vasitə tiryək,10 qram heroin və 1 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram tiryək, 895 qram qurdulmuş marixuana, 28 qram heroin, 1,6 qram metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Fotoları təqdim edirik
Tarix: 21 Mart 2020, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin