““Anti-qərb siyasəti” ideyasını irəli sürənlər xaricdə “qoltuq altı”nda olan müxalifət nümayəndələridir. Bu yolla da Azərbaycana təzyiq göstərmək istəyirlər. Birincisi, Azərbaycan anti-qərb siyasəti götürməyib. Heç olmasa oxusunlar. 2004-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası hazırlanıb. 2007-ci ildə “Milli təhlükəsizlik haqqında” qanun qəbul olunub. Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan üçün rəsmi 3 istiqamət seçilib - regional, qlobal və Avropa istiqaməti. Burada uyğun olaraq Azərbaycan üçün əsas avrosentrizm seçilib, nə Şimal, nə Cənub məsələsi seçilməyib. Bu fikri söyləyənlər Azərbaycana şər atırlar. Öz ağılları ilə belə fikirləşirlər ki, bu yolla Azərbaycan guya Rusiyadan aralansın. Əslində Azərbaycan Rusiyanın yanında deyil. Bu, ermənilərin bizimkilərə sırımaq istədikləri siyasətdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O bildirib ki, Paşinyan əvvəl özünü Qərbyönümlü göstərdi, indi də Rusiyameyillidir: “Birmənalı şəkildə Rusiyanın tapşırığı ilə oturub-durur. “Cəhənnəmə gedən özünə yoldaş axtarar”. Təəssüf ki, bu yoldaşı azərbaycanlılara sırımaq istəyənlər xaricdə oturub özlərini çox ağıllı bilən, bu milləti aşağılaya-aşağılaya danışanlardır ki, bu ideyanı gündəmə gətirirlər. Azərbaycan mövcud Qanunvericiliyə görə, heç bir dövlətin əleyhinə deyil, heç bir dövlətin də təbliğatını həyata keçirmir. Azərbaycan-Türkiyə qardaş dövlətlərdir. Bəs niyə Türkiyəni demirlər? Azərbaycanın həyata keçirdiyi bütün xarici siyasət bilavasitə Türkiyənin xarici siyasətinə uyğundur. Türkiyə NATO-nun üzvüdür, amma eyni zamanda Rusiya ilə də çox yaxşı münasibətləri var. Bu, çox zərərli ideyadır. Azərbaycanı bilavasitə siyasi tələyə salmaq istəyirlər. Belə ideyanı mediaya çıxarıb fikir formalaşdırırlar ki, Azərbaycan guya “anti-qərb koalisiyasında yer alıb”. Anti-qərb koalisiyası haradadır? Kimdir onlar? Əvvəlcə mənə göstərsinlər ki, belə bir koalisiya varmı?”
Politoloq deyib ki, Azərbaycanın qonşu dövlətlərlə ikitərəfli regional xarici siyasət istiqaməti var: “Ona görə də biz nə Rusiyanın əleyhinəyik, nə də Rusiya ilə birlikdəyik, eyni zamanda İranın. Bəli, biz bu dövlətlərin siyasətlərini tənqid edirik, amma bu adamlar bir şeyi bilməlidirlər ki, hər bir dövlətin milli maraqlar nəzəriyyəsi var, bu nəzəriyyəyə uyğun olaraq da özünə xarici siyasət qurur. Azərbaycanda bu siyasət “balanslaşdırılmış” adlanır. Biz bütün hallarda bizi sevən, sevməyən dövlətlərlə bu və ya digər formada xarici əlaqələr qururuq. Buna “anti-qərb koalisiyası” deyənlər getsinlər bir az politologiya nədir, baxsınlar, oxusunlar, öyrənsinlər. Heç olmasa bir-iki hərfinə uyğun olaraq nəsə bilsinlər, sonra bu sözləri təkrarlasınlar. Bunlara “qoltuqaltı” adamlar deyirlər, hansı dövlətə sığınırlarsa, ordan onlara Azərbaycana qarşı verilən tapşırığa uyğun hərəkət edirlər. Sizə bir nümunə gətirim. 13 sentyabr erməni təxribatı ilə bağlı Azərbaycanda olan və olmayan siyasətçilər, Əli Kərimli, Arif Hacılı matəm elan edilməsini istədilər. Azərbaycandan on min kilometr aralıda olan Qubad İbadoğlu da matəm istədi, Avropada olan da. Görünən budur ki, hamısı vahid “şparqalka”dan idarə olunur. İndi də onlardan belə bir təbliğatı gündəmə gətirmələri tələb olunur”.
C.Nuriyev təkrarlayıb ki, “anit-qərb koalisiyası” deyilən bir koalisiya yoxdur: “Azərbaycan milli maraqlarına uyğun xarici siyasət yürüdür. Üçüncüsü, hətta düşmən olan Ermənistana qarşı da belə bir siyasət artıq yürütmürük, onlarla sülh müqaviləsi bağlamağa hazır olduğumuzu bəyan edirik. Vallah, fikirləşirəm, bu adamlara ad tapa bilmirəm. Bu xalqı, milləti sevən idinizsə, niyə qaçdınız? Hamınız müharibədə iştirak edə bilərdiniz. Həkimi də var içlərində, başqası da. Oğlanlarını da qaçırdılar. Burda olanların da uşaqları müharibədə iştirak etmədilər. Bu tip məsələləri gündəmə gətirməklə özlərini sığortalamaq istəyirlər. Bir şeyi yadlarından çıxarmasınlar, adətən bütün hallarda xarici dövlətlər “əllərini qaldıranda” birinci onların qoltuğundakılar, ayrı-ayrı ölkələrdən satın aldıqları adamlar düşür. Bu ideyanın irəli sürülməsini Azərbaycan dövlətinə qarşı təxribat hesab edirəm. Azərbaycanın belə bir siyasəti yoxdur. Rəsmi siyasətini açıb baxsınlar. Həm Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına, həm də Hərbi Doktrinasına, yürütdüyü siyasətə baxsınlar. Başqaları balanslaşdırılmış siyasət yürüdə bilmirsə, Azərbaycanın nə günahı var?”
Aytəkin Qardaşova
29 Mart 11:57
29 Mart 11:55
29 Mart 11:53
29 Mart 11:47
29 Mart 11:44
29 Mart 11:43
29 Mart 11:31
29 Mart 11:28
29 Mart 11:20
29 Mart 11:18
29 Mart 11:15
29 Mart 11:06
29 Mart 10:56
29 Mart 10:47
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
Ən son xəbərləri səhifəmizdən də izləyin