Gənclər arasında milli şüurun formalaşdırılması vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Nəticədə vicdanı olan hər bir gənc doğulduğu torpağın qədrini bilməyi özünə mənəvi borc hesab edir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Pravda.az-a açıqlamasında deyib ki, istər 2016-cı ilin Aprel döyüşləri, istər 2020-ci ilin iyulunda ermənilər tərəfindən törədilən təxribatlarda, eyni zamanda 44 günlük Vətən müharibəsində məhz gənclərimiz igidlik, mübarizlik göstərdilər:
“Bəs bu, vətənpərvərlik deyil? Ona görə də bu gün gənclərimizin Vətən, torpaq sevgisinə biganə yanaşması, vətənpərvərlik hissinin gənclərdə inkişaf etməməsi barədə səslənən fikirlərlə razı deyiləm. Müharibədən öncə hərbi komissarlıqların qarşısında könüllü şəkildə gənclərimizin toplanması, onların könüllü cəbhəyə getmək istəklərini bildirmələri məgər vətənpərvərlik deyildi? Elə bir neçə gün bundan öncə, sentyabrın 12-dən 13-nə keçən gecə ermənilər tərəfindən baş verən növbəti təxribat nəticəsində 79 şəhidimizin olması qəhrəmanlıq deyil? Bu gün gənclərimizdə vətənpərvərlik hissi güclüdür. İstər şəhidlərimiz, istər qazilərimiz, Vətən müharibəsində iştirak edən veteranlarımız canlarından keçdilər, heç bir şeyi göz önünə gətirmədilər. Vətən, torpaq, xalq, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını verdilər. Bütün bunlar vətənpərvərlik hislərinin güclü olmasının nəticəsidir. Əksinə, bu gün Azərbaycanda hərb sahəsinə maraq daha da artıb. Gənclərimiz hərbi məktəblərdə təhsil almaları üçün axın edirlər”.
K.Əliyeva bu mövzuda onu qane etməyən tərəflərdən də söz açıb:
“Bu gün həmin o qəhrəman, vətənpərvər gənclərimiz haqqında irimiqyaslı bədii filmlərin çəkilməsinə böyük ehtiyac var. Məktəbdə yeniyetməlik dövründə olan, yaxud aşağı siniflərdə oxuyan şagirdlərimiz üçün belə filmlərin çəkilməsi təbliğat vasitəsidir. Əvvəllər çəkilən, dəfələrlə baxdığımız Azərbaycan filmlərinə indi yenidən maraqla baxırıq. Çox istərdim, rejissorlarımız bu yöndə dünya miqyasında təmsil olunub, yayımlanacaq səviyyədə filmlər çəksinlər. Bu da bir təbliğat vasitəsi sayılmış olar. Həmçinin orta məktəblərdə şagirdləri dərsdən əlavə ayda bir-iki dəfə yığaraq vətənpərvərlik mövzusunda görüşlər keçirmək, qonaqlar dəvət etmək, mühazirələr oxumaq, vətənpərvərliklə əlaqədar təbliğat, maarifləndirmə işlərini genişləndirmək yaxşı olar”.
Təhsil eksperti Kamran Əsədov isə deyib ki, Vətənə sevgi ailədən, ümumtəhsil məktəblərindən başlayır:
“Ulu öndər Heydər Əliyev deyib ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Orta məktəb dərsliklərində Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə bunu deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib”.
Ekspert vurğulayıb ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir:
“Hesab edirəm, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini daha yaxşı aşılamaq üçün 5-ci sinifdən məktəbi qurtarana kimi şagirdlərə və ali təhsil müəssisələrində təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər daha çox verilsin. Təkcə Ttrix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informsasiyalar verilməlidir. Artıq bu gün müstəqil respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Orta məktəb şagirdlərində vətənə, millətə qarşı sevgini oyatmaqda dərsliklərin çox böyük əhəmiyyəti var. Aşağı siniflərdən bütün şagirdlərə vətəni sevmək və onun milli dəyərlərinə hörmət etmək aşılanmalıdır. Yeniyetmələrə bu duyğunu aşılamaqda hər bir fənnin öz yeri var. Rütbələr, silahların növləri haqqında hər bir şagird məlumatlandırılmalı, Milli Ordumuzun istifadə etdiyi atıcı silahlarla tanış edilməlidir. Məktəblərə xüsusi olaraq istismardan çıxmış silahlarla təmin olunması üçün lazımı otaqların ayrılması ilə yanaşı yeniyetmələrə hərbi duyğuları aşılayarkən fənn seçimi edilməməlidir. Hətta fiziki-psixoloji dərslər vasitəsilə belə şagirdlərdə milli ruhu artırmaq lazımdır. Doğrudur, orta məktəblərdə bu mövzuya daha çox tarix və ədəbiyyat dərsliklərində rast gəlinir. Çünki tarix vasitəsilə şagirdlər öz ölkəsinin uzaq və yaxın tarixini öyrənir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə tövsiyə edirdi”.
K.Əsədov bildirib ki, fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır:
“Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə uşaqlara işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli Qəhrəmanlarımızı, Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır. Şagirdlərə vətənə sevgi hissini, milli ruhu mütəmadi aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar və onu qorumağı özünə borc hesab edər”.
Ekspert tövsiyə edib ki, vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedoqogikada diqqət edilməlidir:
“Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Torpaqlarımızın 20 faizinin işğalda olduğu vaxtlarda orta məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirilirdi. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Dərsliklər hazırlanarkən bu prinsip nəzərə alınmalıdır. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsi də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. "Cəsurlar", "Şahinlər" kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi təşkil olunur. Bu işdə Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, eyni zamanda bir sıra Qeyri-Hökumət Təşkilatlarının iştirakı var. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilən oyunlarda oğlanlarla yanaşı qızların da iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər”.
O deyib ki, şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyət də mühüm rol oynayır:
“Fiziki tərbiyə orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir. Bu bir həqiqətdir ki, Azərbaycan dövləti sağlam gənc nəsil tərbiyə etməyə lazımi əhəmiyyət verir. Azərbaycanda ibtidai məktəb yaşından başlayaraq uşaqların fiziki tərbiyəsi diqqət mərkəzindədir. Kiçik məktəb yaşlarından başlayaraq şagirdlərin bədəncə möhkəmlənməsinə və hərtərəfli fiziki inkişafına fikir verilir. Orta ümutəhsil məktəblərində fiziki tərbiyə dərsləri keçirilir. Burada 1 milyon şagird iştirak edir. Dərslər tədris ilində həftədə 2 dəfə 45 dəqiqə olmaqla təşkil olunur. Bundan əlavə, məktəblərdə sinifdən və məktəbdənkənar kütləvi bədən tərbiyəsi, idman işləri də təşkil olunur. Məktəblilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb olunurlar. Məktəbdə aparılan fiziki tərbiyə tədbirləri uşaqların bədəncə və iradəcə möhkəm olmasına zəmin yaradır. Onlara “Vətənin müdafiəsinə hazıram” bədən tərbiyəsi kompleksinin normativlərini yerinə yetirməsinə kömək göstərir. Orta ümumtəhsil məktəbində fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Hər bir sinif üçün nəzəri və təcrübi proqram bölmələri var. Proqram tədris materialları tədricən çətinləşdirilir və ardıcıllıqla öyrədilir. Bu da uşaqların orta məktəbi bitirərkən tam sağlam olmasını, həyata hazırlığını təmin edir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
29 Mart 12:11
29 Mart 12:10
29 Mart 11:59
29 Mart 11:57
29 Mart 11:55
29 Mart 11:53
29 Mart 11:47
29 Mart 11:44
29 Mart 11:43
29 Mart 11:31
29 Mart 11:28
29 Mart 11:20
29 Mart 11:18
29 Mart 11:15
29 Mart 11:06
29 Mart 10:56
29 Mart 10:47
29 Mart 10:24
29 Mart 10:10
29 Mart 10:08
29 Mart 10:02
29 Mart 10:00
29 Mart 09:46
29 Mart 09:43
29 Mart 09:39
29 Mart 09:34
29 Mart 09:29
29 Mart 09:21
29 Mart 09:19
29 Mart 09:18
29 Mart 09:17
29 Mart 09:16
29 Mart 09:11
29 Mart 09:07
29 Mart 09:00
29 Mart 08:57
29 Mart 08:53
29 Mart 08:51
29 Mart 08:49
29 Mart 08:45
29 Mart 08:39
29 Mart 08:33
29 Mart 08:29
29 Mart 08:25
29 Mart 08:19
29 Mart 08:15
29 Mart 08:10
29 Mart 08:09
29 Mart 08:06
29 Mart 08:02
29 Mart 08:02
29 Mart 07:18
29 Mart 07:16
29 Mart 07:14
29 Mart 07:11
29 Mart 07:08
29 Mart 07:06
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
Ən son xəbərləri səhifəmizdən də izləyin