BURADA REKLAMINIZ OLA
BİLƏR

Nensi Pelosinin Ermənistana səfərinin səbəbləri açıqlandı

“Nensi Pelosinin Ermənistana səfərinin bir neçə səbəbi var: ABŞ da noyabr ayında seçkilərdir, Demokratlar Partiyasının reytinqi çox aşağıdır, erməni əsilli təmsilçi Anna Eşoo və Caki Speieri yanına alıb İrəvana gəlməklə səs qazanmağı düşünür. Demokratlar Partiyası üçün hər səs önəmlidir, çünki Respublikaçılar qalib gəlsə Pelosi tək kreslosundan olmayacaq, həm də son 2 ildə Demokratların etdiklərinə görə bütün “demokratlar elitası” cavab verməyə məcbur olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərlinin sözlərinə görə, Nensi Pelosinin səfəri ilə deyir ki, Nikola dəyməyin, uşaqdır, Ermənistan kimi ölkələrdə (elə bizdə də) bir çox insanlar hakimiyyət üçün ABŞ-ın istəyinin əsas faktor olduğunu düşünən siyasi elita və cəmiyyət var və belə dəstək cəmiyyətdə dəstək görənə etimadı artırır: “ABŞ, Qərb Ermənistanı Rusiyadan ayırmağı sürətləndirir, çünki Cənubi Qafqazda Rusiyaya həm faktiki, həm də hüquqi (KTMT, Gömrük İttifaqı, Kremlin hərbi bazaları) ən sıx və çox bağlı ölkə məhz Ermənistandır. Gürcüstan və Azərbaycan iqtisadi və siyasi olaraq daha çox Qərbə bağlıdırlar. ABŞ (Qərb) Rusiya ətrafında çəmbəri daraldır, burada ən zəif halqa Ermənistandır, çünki həm Gürcüstanda, həm Azərbaycanda hər sahədə Türkiyə var, Ermənistan mütləq Rusiyadan qaçmalıdırsa, bunun da yolu məhz Türkiyədir, Azərbaycanla normal münasibətlərdir. Bu səfər Azərbaycanla ABŞ (Qərb) arasında müəyyən ritorik problemlər yarada bilər, ümid edirəm ki, Nensi Pelosi səhv addımlarla Çinlə Rusiyanı yaxınlaşdırdığı kimi, rəsmi Bakını da Qərblə münasibətlərdən soyutmaz, yəni məntiqlə ABŞ bunu istəməməlidir. Bu səfər Kremlin Ermənistana qəzəbini artıracaqsa, olsun, bu qəzəbin bizim üçün dividentə çevrilməsi yolları da mövcuddur. Amma qlobal olaraq Ermənistanın Rusiya təsirindən çıxmasına mane olmamalıyıq, bu bizə xeyirdir, çünki Kremldən aralanan yol Anadoludan keçir...”.

Tarix: 18 Sentyabr 2022, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin