BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəlkə bu qarı Nobel mükafatı eşqinə düşüb?”

“Bu, həmin Nensidir! ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Yeravanda çıxış edib: “Azərbaycanın Ermənistan ərazisinə ölümcül hücumlarını qətiyyətlə pisləyirik. ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb. Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir”. Lap Altay Göyüşov kimi danışıb... Bu qadın çoxdanın avantüristidir. Onun hələ 67 yaşı olanda, 2007-ci ildə ABŞ Nümayəndələr Palatasının Xarici işlər üzrə Komitəsi  qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməyə səs verilməsi üçün çağırış edib. Pelosi qətnamənin səsə qoyulması öhdəliyini üzərinə götürüb. Dəridən- qabıqdan çıxır. Qətnamənin mətnini Türkiyə tərəfi qəzəblə qarşılayır və qardaş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, bu qətnamənin qəbul olunması Amerika-Türkiyə münasibətlərinə təhlükə yarada bilər. Məcburiyyət qarşısında qalan Nensi qarı məsələnin təxirə salınması məcburiyyəti ilə razılaşır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, həmin bu Pelosi indi qondarma erməni soyqırımının “qurbanları”  memorial kompleksi “sisernakaberd”ə əklil qoyub: “Ağlayıb, sızlayıb... Bəlkə bu qarı da Nobel mükafatı eşqinə düşüb? Bəzən Sülh üzrə Nobel mükafatçılarının seçilməsində qüsurlara yol verilsə də, belə avantüristə mükafatın verilməsi Komitənin nüfuzunu heçə endirə bilər”.

Tarix: 18 Sentyabr 2022, 20:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin