BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Fransa Azərbaycandan üzr istəməlidir”

“Fransadakı səfirliyimizin binasına zorakı yolla daxil olmaq cəhdləri Fransa dövləti üçün utanc, Beynəlxalq hüquq adına isə köklü pozuntudur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmovun sözlərinə görə, diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir, yəni daha konkret formada desək, 1961-ci il Konvensiyasına əsasən,  Fransa dövləti  baş verənlərə görə birmənalı məsuliyyət daşıyır: “Digər tərəfdən, beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinin xidməti sahəsinə hücum etmə Azərbaycan Cinayət Məcəlləsinin 102-ci maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Azərbaycan Cinayət qanununun ölkə ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsini müəyyən edən 12-ci maddəsinə əsasən, Fransa bu əməli cinayət hesab edib, vandalları məhkum etməzsə, onları məhkum etmək bizim haqqımızdır. Bu mənada Fransa ən qısa zamanda Azərbaycandan üzr istəməli, eyni zamanda rəsmi Paris səfirliyə hücum edən vandal cinayətkar qrupu zərərsizləşdirərək məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Əksi Fransanın özünün bu prosesdə maraqlı olması barədə şübhələrin yaranması üçün əsas olacaq”.

Tarix: 19 Sentyabr 2022, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin