BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Pelosinin Ermənistana getməsi bizi Rusiyaya nə yaxınlaşdıra, nə də uzaqlaşdıra bilər”

“30 il müddətində haqqı tanımayan dövlətdən imdad istədik. ABŞ-ın qəbul etdiyi qərarlar heç yerdə dəstəklənmədi. BMT və digər təşkilatların qəbul edilməyən, kağız üzərində saxlanılan qanunlarından da ikistandartlı münasibətlər hiss olunur. ABŞ-a qarşı sanksiya tətbiq etsək, yaxşı olar. Amma bunların vicdanı sanksiya ilə də oyanan deyil. Biz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin verdiyi qərarları tam dəstəkləməliyik. Belə nadan, ikilistandartlı, üzdə özünü demokratik dövlət göstərən, daxildə isə bizə və bizim kimi ölkələri əzməyə çalışan, işğalçı dövlətləri dəstəkləyən ölkələrə qarşı cənab Prezidentin qərarlarını həyata keçirməliyik. Təbii ki, ABŞ-a sanksiya tətbiq edilməlidir. Bu, mənim subyektiv fikrimdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

Deputat bildirib ki, ABŞ Konqresinin Nümayəndlər Palatasının spikeri Nensi Pelosinin Ermənistan üçün yaratdığı canfəşanlıq dünya mətbuatında da yayılıb: “82 yaşı olan bu qadının Ermənistanda ağlaması heç də təbii görünmürdü. Bilinirdi ki, qurulmuş səhnədir. O, seçkiqabağı erməni lobbisinin dəstəyinə ehtiyacını bu jestlə göstərdi. Pelosinin davranışlarında həqiqi heç nə, heç bir siyasət də görmədim. Özünü ürəyi yanırmış kimi göstərməyə çalışdı. Lakin Pelosinin yaratdığı səhnə Ermənistanın dünyaya göstərməyə çalışdığı yazıqlıq, Azərbaycanı günahlandırmaq cəhdinin bir parçası idi. Amma Pelosi bunu bacarmadı, süniliyi aydın göründü. Bunların hər biri  parlamentin sədri Sahibə Qafarovanın dərc olunan müsahibəsində, Milli Məclisin vitse-spikerinin və digərlərinin ABŞ Konqresinə və rəhbərliyinə müraciətində əksini tapdı. Parlament olaraq buna uyğun davranırıq”.

 

C.Paşazadə ABŞ-ın bu addımının Azərbaycanı Rusiyaya yaxınlaşdıracağı ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Azərbaycan heç də Rusiyadan uzaq deyil. Azərbaycan dövlət başçısının heç bir müdaxiləyə ehtiyacı olmayan xarici siyasəti var. Pelosinin Ermənistana getməsi bizi Rusiya siyasətinə nə yaxınlaşdıra, nə də uzaqlaşdıra bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Sentyabr 2022, 16:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin