BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sədrindən şikayət edən deputatdan daha bir açıqlama

Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımovdan şikayət edən deputat Jalə Əhmədova məsələnin nəzarətə götürüldüyünü bildirib.

 

Pravda.az-ın xəbərinə görə, o, buna görə aidiyyatı qurumlara təşəkkür edib.

 

“Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlərlə bağlı sosial şəbəkə hesablarımda etdiyim paylaşımlara dərhal reaksiya verən və artıq məsələni nəzarətə götürdüklərini bildirən aidiyyatı dövlət orqanının  rəhbər şəxslərinə dərin təşəkkürümü bildirirəm. Təəssüf edirəm ki, məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlara kölgə salan bəzi şəxslər bunun fərqində deyillər və onlara göstərilmiş etimadı layiqincə dəyərləndirə bilmirlər” – deputat qeyd edib.

Tarix: 19 Sentyabr 2022, 16:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin