BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra Hakimiyyətinin vəzifəli şəxsinin iş otağında meyiti tapıldı

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.


Pravda.az xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.


Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.


Ölümün səbəbi araşdırılır.


Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.


APA

Tarix: 19 Sentyabr 2022, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin