BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tarixi bina rəngləndi – “Bu, təsadüfi insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilmələrinin nəticəsidir” - FOTO

“Bir neçə il əvvəl, Bakının Mərdanov Qardaşları küçəsindəki binanın gözəlliyindən yazmışdım. Təəssüf ki, bu gün o gözəllik yoxdur: ötən gün fasadın detalları tamamilə ləğv edib suvaq ilə örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər.

 

Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur, bunu Qanunun 135-ci səhifəsindəki 3265 nömrəli yazı sübut edir!”

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış memar Elçin Əliyev bildirib.

 

 

E.Əliyev qeyd edib ki, memarlıq abidələrinin mühafizəsi sahəsində tam qarışıqlıq vüsət almaqda davam edir: “Bu, səriştəsiz, təsadüfi, mövzudan uzaq insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilməsinin nəticəsidir. Yazıq, təhqir olunmuş Bakı! Min illik tarixi olan, taleyi “memarlıq” fırıldaqçılarının əlində olan qədim şəhər!”

 

Kənan

Fotoları təqdim edirik
Tarix: 20 Sentyabr 2022, 10:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin