BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərhad Mehdiyev: “Dövlətin problemlərinə öz problemlərimiz kimi baxmalıyıq”

““Dövlətimin yanındayam”, ya yox ifadəsini təsdiq etməyiniz, “dövlət” sözünə yüklədiyiniz mənadan asılıdır. Ən geniş sayılan, konstitusion mənada dövlət sözünə hamımız daxiliq: “ərazi+xalq+suverenlik”. Biz orda xalq olaraq dövlətin parçasıyıq. Nazirliklərin hər biri, məhkəmələr də dövləti təmsil edir. Amma dövlətlə eyni deyil. Məsələn, Daxili işlər nazirliyinin ya da Baş Prokurorluq dövlət adına qərar alır, amma dövlətlə eyni də deyil. Xarici siyasət məsələsində “dövlət” olaraq adətən hökümət çıxış edir. Qanunlar dövlət adına çıxarılır. Bu baxımdan parlament də hökümət də dövləti təmsil edir, dövlət onların ağzı ilə danışır. Bir də sırf mənəvi yüklü, vətən mənasında olan dövlət var. Azərbaycan dövləti bizim vətənimizdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Fərhad Mehdiyev bildirib.

 

F.Mehdiyev qeyd edib ki, dövlət hamınındır: “Sırf mənim deyil. Vətəndaşlıq bağı olan və səsvermə hüququna sahib vətəndaşındır dövlət. Dövlətin problemlərinə öz problemimiz kimi baxmalıyıq, ya özümüz, ya da həvalə etdiyimiz kimsələr bu problemləri həll etməlidir. İndi qərar verin, siz dövlətin yanındasınız, ya yox, bir də hansı mənada “dövlətin””.

Tarix: 20 Sentyabr 2022, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin