BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrıldı

Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrılıb

 

Pravda.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılıb.

Tarix: 20 Sentyabr 2022, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin