BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

"Azərbaycanda onkoloji xəstələrin sayı artıb və bu rəqəm, təxminən, 60 minə yaxınlaşıb".

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kəmaləddin Qafarov deyib.

 

Onun sözlərinə görə, hazırda 1 600-ə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

 

Deputat hesab edir ki, onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var: “Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməli, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”.

Tarix: 20 Sentyabr 2022, 16:10   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin