BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araz” supermarketlər şəbəkəsi uşaqları qumara alışdırır? - FOTO

“Araz” supermarketlər şəbəkəsinin uşaqlara zərərli vərdişlər aşılayan oyunların satışını həyata keçirdiyi iddia olunur.

 

Pravda.az xəbər verir ki, şəbəkənin uşaq bölmələrində qumar oyunlarının, kartların satılması ciddi narazılıq yaradıb.

 

Ekspertlərin rəyinə görə, bu cür oyunlar onları real qumara və pis vərdişlərə alışdırır.

 

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin mövqeyini öyrənməyə çalışdıq.

 

Bildirildi ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

 

Lakin müəyyən müddət keçsə də, sorğuya cavab verilmədi.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 20 Sentyabr 2022, 19:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin