BURADA REKLAMINIZ OLA
BİLƏR

Baba və nənəsini öldürərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə İsmayıllı rayonunda babasını və nənəsini xüsusi amansızlıqla qətlə yetirməkdə, qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Qədirovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qədirov ömürlük azadlıqdan məhrum edilib. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra V.Qədirov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


Qeyd: Hadisə 2020-ci il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndində baş verib.

 

Belə ki, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı ögey babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra o, babasına məxsus odlu silahı götürərək qardaşı Şamo Qədirovu öldürməyə cəhd edib.


Dəhşətli cinayət hadisəsinə səbəb olan mübahisə yaşayış evinin satılmasında razılıq əldə edilməməsindən yaranıb.


V.Qədirova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib.

 

Kamal Məmmədov 

Tarix: 21 Sentyabr 2022, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin