BURADA REKLAMINIZ OLA
BİLƏR

Mövlam Şixəliyevin general rütbəsi alınıb, əmlakları müsadirə olundu

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub. Üzərinə həbs qoyulmuş əmlakların dövlət nəfinə müsadirə olunanağı bildirilib.

 

Məhkəmənin hökmü ilə Mövlam Şixəliyevin general-mayor rütbəsi də alınıb.

 

APA

Tarix: 21 Sentyabr 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin