BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşən Xəzər ermənilərə “əsir” düşməsindən danışdı: "Kim bunu yazıbsa..."

Meyxanaçı Elşən Xəzər ermənilərə əsir düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotosuna münasibət bildirib.

 

E.Xəzər Pravda.az-a müsahibəsində deyib ki, hər kim bunu yazırsa, düşməndir.

 

“İstər içimizdə olsun, istər kənarda. Paylaşılan şəkil Vətən Müharibəsi zamanı meyxanaçılarla birlikdə Ordumuza, dövlətimizə, əsgərlərimizə dəstək üçün çəkdiyimiz klipdən götürülüb. Bunu düşmən edər, başqa kim edə bilər ki? Hər kim edirsə, öz mövqeyini bildirir ki, Azərbaycana düşməndir. Belə axmaq insanlara cavab verməyi özümüzə rəva bilmirik. Nə deyək? Camaat, dövlətimiz hər şeyi yaxşı bilir”.

 

Meyxanaçı İrana bağlı şəxs kimi xarakterizə olunmasına da münasibət bildirib: “Bunu deyənlər də düşmənlərdir. Hər kəsin bu həyatda öz əqidəsi, yaşam tərzi var. Biri müsəlmandır, biri xristian. Mən də müsəlmanam, şiəyəm. Bu da kiminsə gözünə pis girirsə, qoy elə gözü çıxsın, elə də qalsın. Biz azərbaycanlıyıq, Azərbaycanda yaşayırıq. İllərdir hansı sahədə olmuşuqsa, həmişə canla-başla öz Vətənimizin, dövlətimizin, millətimizin, xalqımızın yanında olmuşuq. Sözün açığı, baş qoşmuram. Bir atalar məsəli var, deməyə də utanıram. Özləri üçün qoy nə istəyirlər danışsınlar. Axirət var. Allahla görüş var. Allahın qabağında cavab verəcəyik. Kim olsaq da, müsəlmanıq. Əqidəmiz budur ki, Allahla sonda görüşümüz olacaq. Kim nə iş görübsə, hamısını Allah bilir. Bütün camaata da göstərəcək ki, kim nəyi necə edib. Peyğəmbərimizin bir sözü var: “Qorx o gündən ki, o günün hakimi də, şahidi də Allahdır. İndi kim nə edir, qoy etsin. Mən öz işimdəyəm. Şəhid ailələrinin yanındayıq, şəhid məclislərindəyik. Şeirimizi yazırıq, ibadətimizi edirik. Yenə də eyni qaydada yaşayırıq”.

 

Meyxanaçı bildirib ki, böyrək əməliyyatından sonra ikinic dəfə də əməliyyata girib: “Əməliyyatdan çıxmışam. İki dəfə əməliyyat olundum. İndi hər şey yaxşıdır, Allaha şükür…”

 

Aytəkin Qardaşova

Tarix: 21 Sentyabr 2022, 11:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin