BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın dağılma ehtimalı yüksəkdir”

“Dünya dəyişməkdədir. Artıq hər şey olduğu kimi olmayacaq. Rusiyada səfərbərlik elan edildi. Putin iqtidarı ehtiyatda olan 300 min əsgər və zabiti Ukrayna cəbhəsinə göndərməyə hazırlaşır. Bu gündən etibarən Ukraynadakı müharibə yeni mərhələyə keçdi. Bundan sonra ya Ukrayna qalacaq, ya Rusiya. Bu gün elan olunan səfərbərlik bir işə yaramazsa (bunun ehtimalı yüksəkdir!), Rusiyanın indiki halında qalması, yəni mövcud siyasi sistemini və ərazi bütövlüyünü qoruması mümkün olmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Azər Qasımlı bildirib.

 

A.Qasımlı qeyd edib ki, Rusiyanın qalib gəlmək şansı olduqca aşağıdır: “Putin və Şoyqu düz deyirlər, onlar kollektiv Qərblə üz-üzədirlər. Rusiya həm siyasi, həm iqtisadi, həm hərbi və texnoloji baxımdan Qərbdən çox geridədir. Bu gedişlə Ukraynada yeni torpaqlar əldə etmək imkanları olmayacaq. Sadəcə, tutduqları əraziləri əldə saxlamağa çalışa bilərlər, lakin bunu da etmək mümkün olmayacaq. Ukraynaya verilən yeni silahlarla Ukrayna ordusu əks-hücumlarla bir-bir rusları torpaqlarından çıxardacaq. Artıq bunu sübut etdilər. Putinin yeganə çıxış yollu - nüvə silahının istifadəsi ola bilərdi (Putin çıxışında buna eyham vurdu). Lakin bu silahı atacaq yer yoxdur. Ukraynanın hər tərəfi rus əhalisinin yaşadığı bölgələrdir - Belqorod, Belarus, Dnestryanı, Krım, Xerson, Donbas. Nüvə radiasiyası hər tərəfə yayılacaq... Putinin bugünkü qərarı Rusiyanı yox, şəxsən özünü qorumaq cəhdidir. Özünü qoruma instinktidir! Rusiyanın parçalanma riski hələ bu qədər çox olmamışdı. Hətta Putini devirsələr belə, ölkənin dağılma ehtimalı yüksəkdir”.

Tarix: 21 Sentyabr 2022, 12:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin