BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz çəkilən suda qüsl almaq haramdır? - "Bu məsələ alimlər arasında ixtilaflıdır" - AÇIQLAMA

Sosial şəbəkələrdə din xadiminin qanunsuz çəkilmiş suda qüsl almağın haram olduğunu deməsi ilə bağlı yayılan görüntüləri müzakirəyə səbəb olub. Bəziləri bunun doğru hökm olmadığını bildirirlər.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Cümə (keçmiş Əbu Bəkr) məscidinin imamı Qamət Süleymanov deyib ki, bu məsələ alimlər arasında ixtilaflıdır.

Qamət Süleymanov

“Suyu qanunsuz çəkiblərsə, bu, artıq oğurluq sayılır. Ümumiyyətlə, oğurluq paltarı və ya hər hansı bir şeyi götürüb ibadətdə istifadə etmək alimlər arasında mübahisəlidir. Sual yaranır ki, həmin ibadət səhih sayılır, ya yox? Bəzi alimlər bu ibadətin batil, bəziləri isə səhih olduğunu bildirir. İbadətin səhih olduğunu deyən alimlər deyirlər ki, həmin insan eyni zamanda günah da qazanıb. Allahın izni ilə həmin suda alınan dəstəmaz, qüsl səhihdir. Amma hər halda qanunsuz olduğunu bildiyi halda o suda dəstəmaz, qüsl alan insan, xüsusən də suyu qanunsuz çəkən şəxsin özü günah qazanıb. Bir nəfər qonaq gəlirsə, suyun qanunsuz olduğundan xəbərsizdirsə və bilmədən dəstəmaz alırsa, ona ayıb deyil. Kim ki bilir və buna davam edir, o, günah qazanır, amma ibadət səhihdir”, - Q.Süleymanov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 Sentyabr 2022, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin