BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu Putinin şəxsi müharibəsi olduğundan nüvə silahının düyməsinə də basa bilər” - ŞƏRH

“Rusiya Prezidenti Vladimir Putin deyib ki, ölkəsinin ərazi bütövlüyünə qəsd edənə qarşı nüvə silahından istifadə edəcək və bu blef deyil. Yəni Kreml Ukraynanın işğal altında saxladığı Zaporojyedə, Xersonda, Donetskdə və Luqanskda saxta referendum keçirib bu bölgələrin Rusiyaya birləşdirdikdən sonra Kiyevi nüvə silahıyla hədələyəcək”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“Özünə hörmət edən heç bir dövlət adı çəkilən ərazilərin Rusiyaya zorla birləşdirilməsini tanımayacaq. Ukrayna əks-hücumlarını davam etdirərsə, Putinin reaksiyası necə olacaq? Bu Putinin şəxsi müharibəsi olduğundan nüvə silahının düyməsinə də basa bilər. Yeganə ümid ətrafının onu dayandırmasınadır” -  politoloq əlavə edib.

 

Kənan

Tarix: 21 Sentyabr 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin