BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Həsənli: “Məsələ kimin seçilməsi yox, mediamızın inkişafına necə töhfə verə biləcəyimizdir”

“Bildiyiniz kimi, Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin yekun siyahısında həmkarlarımın dəstəyi sayəsində mənim də adım yer alıb. Dəstəyə və diqqətə görə bütün həmkarlarıma təşəkkür edirəm. Təbii ki, Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq istəyən bütün həmkarlarım buna layiqdir. Proses seçki yolu ilə baş tutduğu üçün nəticələri də səsvermə müəyyən edəcək. Bizim üçün məsələ kimin seçilməsi yox, mediamızın inkişafına necə töhfə verə biləcəyimizdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli bildirib.

 

V.Həsənli qeyd edib ki, son illər aparılan islahatlar mediamızın gələcəyinə dair ümidləri daha da artırıb: “İnanırıq ki, hər şey medianın nüfuzunun artması və peşəkarlaşması istiqamətində davam edəcək. Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaq istəyimizin məqsədi də məhz budur. Mediamızın inkişafına bacardığımız qədər  töhfə vermək, bu işdə əlimizdən gələni etmək. Nəticə necə olmasından asılı olmayaraq, inanıram ki, qazanan mediamız olacaq”.

Tarix: 22 Sentyabr 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin