BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xanımlar “Tik Tok”da əzələli oğlanı görür, sonra dönüb yanındakı qarınlı kişiyə baxır və soyuyur”

Tanınmış uroloq-androloq Vasif İsmayılın İndex.az-a müsahibəsi:

 

 – Vasif bəy, mütəxəssislər deyir ki, son zamanlar erektiv disfunksiya problemi böyüyür. Vəziyyət nə qədər ciddidir?

 

– Sözsüz ki, erektiv disfunksiya son illərdə artıb. Hətta gənclər arasında da… Lakin məsələ burasındadır ki, erektiv disfunksiyanın artma səbəbləri arasında orqanik, yəni əqli xəstəliklər, demək olar ki, yoxdur. Orqanik səbəbdən müraciətlər əvvəllər hansı səviyyədə idisə, indi də eyni səviyyədədir. Erektiv disfunksiyanın son dönəmlər artması əsasən psixoloji amillərdən qaynaqlanır.

 

– Psixoloji amillər dedikdə nəyi nəzərdə tutursunuz?

 

– “Tik Tok” və “Instagram” kimi sosial şəbəkələri nəzərdə tuturam. Belə sosial şəbəkələrin sayəsində hər iki cinsin bir-birinə marağı azalıb. Adam sosial şəbəkədə filterli qızı görüb dönüb öz xanımına baxanda, artıq həmin o filterli qız ona daha cəlbedici gəlir. Bu hal əksinə də ola bilər. Xanımlar da “Tik Tok”da əzələli oğlanı görür, sonra dönüb yanındakı qarınlı kişiyə baxır… Məsələ bu qədər bəsitdir əslində. Buna görə, bir-birlərindən soyuyurlar. Məncə sosial şəbəkələrin burada rolu böyükdür. Əks halda 23-24 yaşlı gənclər mənə niyə müraciət etsin?

 

– Gənclər özünü sanki kiməsə isbat etmək üçün ucuz, keyfiyyətsiz gücləndirici həblərdən istifadə edir. Bu şəxslərə məsləhətiniz?

 

– Bu gün apteklərdə satılan gücləndirici dərmanların hamısına güvənə bilərik. Apteklərdə satılan dərmanlarda heç bir problem yoxdur. Əsas məsələ odur ki, aptekdən kənarda satılan başqa vasitələrə üz tutmasınlar. Gənclərin özlərini isbat etmək istəklərinə gəldikdə, bu 25 il əvvəl də belə idi, 100 il əvvəl də. Dominatlıq qurmaq istəyi tamamilə təbiidir.

 

– İnsanlar həblərə müraciət edirlərsə, deməli, özlərində bu zəifliyi görürlər. Belə çıxır ki, həqiqətən də bu məsələlərdə zəiflik var…

 

– Məsələ orasındadır ki, əslində zəiflik yoxdur. Sadəcə dominatlıq qurmaq üçün həblərdən istifadə edirlər. Burada isə əsas məsələ bunun dərəcəsini bilmək və başqa vasitələrə yönəlməməkdir.

 

– Bunun özü də bir psixoloji problemdirmi?

 

– Haradasa bunu da psixoloji problemlər sırasına aid etmək olar. Amma çox ciddi bir problem olduğunu zənn etmirəm. Əgər kimsə özünü belə dərmanlara öyrəşdirsə, bax onda ciddi problem yarana bilər.

 

– Bəs bu mövzuda sizə əsasən hansı yaş aralığında pasientlər müraciət edir?

 

– Əsasən 33 yaşdan yuxarı şəxslər daha çox müraciət edirlər. Lakin son vaxtlar 25-26 yaşlı gənclər də müraciət edir.

 

– Müraciət edənlər əsasən nədən şikayət edir?

 

– Əksəriyyəti cinsi orqanının kiçikliyindən şikayətlənir. Bunun da əsas səbəbi porno filmlərdir. Porno filimlər ümumiyyətlə bizim cəmiyyətdə olan ən böyük problemlərdən biridir. Çünki porno filmlərdən aslılıq insanları psixoloji cəhətdən zədələyir. Filmlərə baxırlar və sonra gəlib öz cinsi orqanlarının zəifliyindən, kiçikliyindən şikayətlənirlər. Başa salmaq olmur ki, onlar aktyorlardır.

 

– Həqiqətən ölkəmizdə bu mövzuda problem var sizcə?

 

– Xeyr. Əksəriyyətində normaldır. Mən 2003-cü ildən bu günə qədər iki nəfər görmüşəm ki, həqiqətən cinsi orqanları normadan kiçik olub. Sadəcə insanlarda olan bu psixoloji durum onları belə düşünməyə vadar edir. Bunun da əsas səbəbi “Tik Tok”, “İnstagram” və porno filmlərdir. Bu mövzuda məndən başqa heç kim səsini çıxarmır. Mən də, belə desək, siyasət aləminə keçdikdən sonra (Vasif İsmayıl Azərbaycan Yüksəliş Partiyasının sədr müavini təyin olunub – red.) bu mövzularda danışmayacam.

Tarix: 22 Sentyabr 2022, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin