BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Bu irançılar təsadüfən erməni ilə bir cinahda deyillər”

“İranın ölkəmizdə təxribat üçün nəzərdə tutulan onlarla “Facebook”, “TikTok” və “İnstagram”  səhifəsi fəaliyyət göstərir. Bir çox səhifələrdə çıxışlarım Qumda satqın azərbaycanlıların idarə etdiyi peşəkar aftafalar tərəfindən təhrif edilərək, yaxud da kollajlar və karrikaturalar formasında hazırlanaraq  paylaşılır. Bəzən də şəhid ailələrinin hisslərinə toxunacaq vasitələrə də əl atırlar. Ermənilərin dostu olan bu İslam adına yamaq ünsürlərlə Vətənimiz və Dövlətimiz naminə mübarizəmiz onsuz da səngiməyəcək, ancaq ayıq-sayıq olmalıyıq, çox zaman cahil insanları tovlayıb öz paylaşdıqları təhrif olunmuş materialların altında təhqiramiz rəylər də yazdırırlar. Bu səhifələrdə düşmənlə bir mövqedən çıxış edən milli cahillərimizi də hüquq-mühafizə orqanlarımız ciddi diqqətdə saxlamalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa qeyd edib ki, hər bir vətəndaş da erməni təhlükəsinə baxdığı kimi, hər bir irançı təzahürə də eyni diqqətlə baxmalıdır: “Burada düşmən mövqeyindən rəy yazanlara, bəyənənlərə əsgərimizə arxadan atəş açacaq potensial satqın kimi baxılmalıdır. Bu irançılar  təsadüfən erməni ilə bir cinahda deyillər”.

Tarix: 22 Sentyabr 2022, 20:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin