BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana payız fəsli daxil oldu

Azərbaycana payız fəsli daxil olub.

 

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, payız fəsli Azərbaycana bu gün Bakı vaxtilə saat 05:03-də daxil olub.

 

Bu gün gecə-gündüz bərabərliyi ilə Yerin şimal yarımkürəsində payız fəsli başlayır. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində payız fəsli başlayır.

 

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-nə qədər davam edəcək. Dekabrın 22-i saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa Gündüz və ən uzun Gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Tarix: 23 Sentyabr 2022, 06:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin