BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda fəhlə hündürlükdən yıxılaraq öldü

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.

 

Sumqayıt şəhər Prokurorluğundan Pravda.az-a verilən xəbərə görə, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Tarix: 23 Sentyabr 2022, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin