BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadçı: “Onların heç bir həftəlik ehtiyatları yoxdur”

“Hökumətin hazırkı ləng yanaşması ilə Azərbaycanda əhali koronovirusdan çox, aclıq, səfalət, yoxsulluq və işsizlikdən əziyyət çəkəcək. Nə qədər gec deyil, bağlanmış özəl sektorda dayandırılmış iş yerlərinə görə işəgötürənlərə (inhisarşı şirkətlər istisna olmaqla) və işləyənlərə birbaşa maliyyə ödənişləri edilməli, işsizlər, əlillər, uşaqlar və pensiyaçıların (əmək, yaş və ailə başçısını itirməyə görə) sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər həyata keçirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

“Əgər 3 həftə ərzində təklif hazırlanıb, 1 həftəyə də icrasına başlansa, onda çox gec olacaq. Çünki, Azərbaycanda işləyən əhalinin çox hissəsi gündəlik qazanca işləyirdi. Onların bir aylıq yox, heç bir həftəlik də ehtiyatları yoxdur. Odur ki, vaxtında qərar vermək lazımdır. Özəl sektoru da həyatın axarına buraxmaq olmaz. Necə ki, dövlət orqanları ilə bağlı Nazirlər Kabineti bunu etdi, özəl sektorla bağlı da təcili və təxirəsalınmaz qərarlar verməlidir” – Q.İbadoğlu qeyd edib.

Tarix: 21 Mart 2020, 22:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin