BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorxmaz Əlilicanzadə “Poz, qazan”dan danışdı: “Qumardan qurtula bilməyəcəyik…”

““Poz, qazan” lotereyasından onsuz da dövlətin xəbəri var. Sonradan eşitdim ki, bu kağızları türklər alıb işlədirlər. Sovetin dövründə də belə “cırıb, aç” var idi. Cırıb açırdın, içində yazılırdı ki, uduş var, ya yoxdur. Bu, həmişə olub, qabağını almaq mümkün olmayacaq. Sovet idealogiyasının möhkəm olduğu vaxtlarda da uşaqları, məktəbləri bundan qoruyurdular. Xalq da istəyir bəxtini sınasın. Buna nə pis baxıram, nə də yaxşı. Pis ona görə baxmıram ki, bir də görürsünüz insanın bəxti gətirdi. Bir dəfə məndən soruşdular ki, “Qorxmaz müəllim, yüz loto alsaq, nə uda bilərik?” Dedim ki, 1 manat yüz faiz udacaqsan, amma qalanına cavab verə bilmərəm. Bu, lotodur, insan bəxtini biri ilə sınamalıdır. 5-10 dənə almaq düzgün deyil. Bir dənə aldın, “ya qismət”. Bunun xəstəsi olmaq düzgün deyil”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar artist, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə deyib.

 

“Uşaqlardır, nə deyəsən. Satıcı uşağa dinəcək, valideyni gəlib alacaq, fərqi nədir? Uşaqlara siqaret də olmaz. Bu, idealogiya deyil, idealogiya başqa şeydir. Loto ilə işimiz düzəlsəydi, deyərdim “hə, düşək latonun üstünə”. Hökumət də buna əncam çəkə bilməyəcək. Satıcılar öz öhdələrinə götürə bilərlər ki, “Poz, qazan”ı uşaqlara satmasınlar. Tapşırıq, xahiş ola bilər, vəssalam. Lotereya dünyanın hər yerində var. Buna hərə bir cür münasibət göstərir. Deyirlər “qumar haramdır”. Rüşvət ala bilirlər, amma qumar oyanaya bilməzlər. Nə rüşvətdən, nə də qumardan qurtula biləcəyik. Cəmiyyətə sağalmaz bir xəstəlik düşüb. O vaxtlar biz bağda yığışıb 5-10 qəpikdən loto oyanayardıq, deyib-gülmək xatirinə. 5-6 nəfər qohum-qonşu vaxtımızı öldürərdik, deyib-gülərdik. Bütün gecə oturub səhərədək ya 3 manat uduzardıq, ya da 5 manat udardıq. 200-500 manat artıq qumardır”, - Q.Əlilicanzadə bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2022, 16:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin