BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı təkər yüklədi - FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatdan sonra Cəlilabad rayonu Azərbaycan Silahlı Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstəyini davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, Cəlilabad Rayon İcra Hakimiyyəti və rayonun ictimai fəallarının təşkilatçılığı ilə dövlət sərhədində istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlanılıb.

 

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov səngərlərin möhkəmləndirilməsində istifadə olunması üçün işlənmiş avtomobil şinlərinin hərbi hissələrə göndərilməsi kampaniyasına qoşulub, şinlərinin yük maşınlarına yığılmasına kömək edib.

 

Kampaniya iştirakçıları bildiriblər ki, avtomobil şinləri hərbi hissələrdə qəbul edilir və hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə istifadə olunur.

 

Qeyd edək ki, Cəlilabad rayonunda toplanan avtomobil şinləri dörd tır yük maşını ilə hərbi hissələrə yola salınıb. Kampaniyanın mütəmadi davam etdirilməsi nəzərdə tutulur.

Fotoları təqdim edirik
Tarix: 23 Sentyabr 2022, 19:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin