BURADA REKLAMINIZ OLA
BİLƏR

Teleqramın yeni versiyasında tələblər sərtləşdirildi

Teleqram messencerinin tərtibatçıları “iPhone” üçün proqramı 9.0.1 versiyasınadək yeniləyiblər.

 

Proqram yalnız iOS 11 və daha yüksək versiyalarla işləyən cihazlarda dəstəklənir.

 

Beləliklə, indi “App Store”dan teleqramı yalnız “iPhone 5s” və daha yeni modellərin sahibləri quraşdıra bilər.

 

Qeyd olunur ki, “iPhone” üçün teleqramın yeni versiyasında əvvəlki yeniləmədə yox olan hiperlink funksiyası formatlaşdırma menyusuna qaytarılıb. Həmçinin, mənbənin sözlərinə görə, messencer indi status və reaksiya seçərkən “Telegram Premium” abunəçiləri üçün əlçatan olan fərdi emojilərin axtarışına malikdir.

 

Report

Tarix: 24 Sentyabr 2022, 01:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin