BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Böhranlar sərhəd tanımır"

“Bu gün bəşəriyyət yeni növ ölümcül koronavirus (Covid-19) pandemiya bəlası ilə üz-üzə qalıb. Bu virus bütün dünyanı öz ağuşuna alıb. Yaranmış pandemiya böhranı bizi bir daha düşünməyə vadar edir ki, dünyanın harasında olmağımızdan asılı olmayaraq, bu bəlaya qarşı həmrəy olub birgə mübarizə aparmalıyıq”.


Pravda.az-ın xəbərinə görə, bunu deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, müalicə metodu və dərmanı tapılmayan qlobal böhrana səbəb olan koronavirus pandemiyası nkişafından asılı olmayaraq,  bütün dünya ölkələrinə yayılaraq, onları öz əsirinə çevirib.”Bütün dünya bu böhrana qaşrı mübarizə aparır. Bəşəriyyətin bir parçası olan Azərbaycanda da  Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın  rəhbərliyi ilə koronavirus pandemiyasının ciddiliyini nəzərə alaraq  qabaqlayıcı  tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Yeni növ koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq məqsədi ilə ilk olaraq Nazirlər Kabineti yanında Operativ Mərkəz yaradılıb və həmin mərkəz  koronavirusa qarşı mübarizə məqsədi ilə ciddi kompleks ciddi tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir. Ölkə başçısı və Birinci Vitse-prezidentin bu istiqamətdə  atdığı addımlar bir daha sübut etdi ki, ölkədə yürüdülən siyasətin qayəsində Azərbaycan vətəndaşının sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dayanır.  Ölkə başçısının  tapşırığı ilə təkcə Operativ Mərkəz yaradılaraq  dəhşətli virusa qarşı mübarizə həyata keçirilmir. Bununla paralel olaraq ölkə başçısı tərəfindən koronavirusla mübarizədə çalışan  həkimlərin, tibb personalının əməkhaqqılarına 3-5 misli qədər əlavə edilməsi kimi stimullaşdırıcı addımlar atıldı. Ölkə başçısının bu addımını sosial qayğının yeni bir forması kimi dəyərləndirmək lazımdır. Bundan başqa olaraq ölkəyə  koronavirus epidemiyasını müəyyən edən laboratoriyaların, tibbi avadanlıq, ləvazimatların və  dərman vəsaitlərinin gətirilməsi təmin edildi. Xarici ölkədə olan vətəndaşlarımızın təxliyyə edilməsi istiqamətində ciddi addımlar atıldı.
Ölkə başçısı bu epidemiyanın ölkə iqtisadiyyatına, muzdla çalışan insanların həyat tərzinə olan təsirlərini nəzərə alaraq  dövlət büdcəsində 1 milyard manat həcmində vəsait ayırmaq barədə sərəncam imzaladı. Ayrılan vəsaitin konkret ünvanın çatdırılması məqsədi ilə 4 müxtəlif işçi qrup yaradıldı. Bununla da  ölkə başçısı təkcə koronavirusa qarşı mübarizəyə yox, eyni zamanda  pandemiyanın ölkə iqtisadiyyatına, sahibkarlara, sahibkarlığın inkişafına,  insanların həyat şəraitinə  vura bilcəyi mənfi təsirləri qarşılamaq üçün ciddi önləyici addımları kimi dəyərləndirmək lazımdır. 
Digər ciddi addım kimi ölkə başçısının sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və  digər bir sərəncamla koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrıldı. Bu prosesdə ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu yaxından iştirak edir”- deputat bildirib.


İ.Məmmədov onu da əlavə edib ki, Azərbaycan Prezidenti təkcə Azərbaycanda yox, eyni zamanda bəşəri bəlaya qarşı effektiv mübarizə aparmaq məqsədi ilə 5 milyon dollar həcmində yardım edib: “Bunu da Azərbaycanın  ümumi evimiz olan bəşəriyyətin bu ölümcül epidemyaya qarşı  diqqətin göstəricisi kimi dəyərləndirilməlidir”.


Deputat onu da deyib ki, ölkə rəhbərliyinin tapşırığı ilə  koronavirusla mübarizənin effektivliyini təmin etmək məqsədi ilə  əhali arasında geniş maarifləndirmə işlərinin aparılması və hər bir vətəndaşın bu məsələdə töhfəsini verməsi istiqamətində işlər həyata keçirilməkdədir: “İstər  Prezident İlham Əliyev, istərsə də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva bu məsələdə baxışından, düşüncəsindən asılı olmayaraq bütün vətəndaşlarımıza həmrəy olub, bu bəlaya qarşı birgə mübarizə aparmağı, məsuliyyətli olmağı, Operativ Mərkəzin verdiyi təlimatlara ciddi riayət etməsini tövsiyyə edib.
Yaranmış durumu Birinci Vitse-prezident Mehriban xanım daha dəqiq ifadə edərək xalqa müaciətində  deyib ki, hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlöhvcəsinə  güman edirdik ki, pandemiya bu günədək bəlli olmayan  və insan həyatına  son qoyan  təhlükəli xəstəliklər dövrü geridə qalıb. “İnanırdıq ki, biologiya elminin, tibbi əczaçılığın və texnologiyanın müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən  sürprizlərdən sığortalayıb. Reallıq isə fərli oldu”- M.Əliyeva müraciətində qeyd edib.  Doğrudan da belə oldu. Bütün dünya bu realıq qarşısında acız qaldı. Birinci Vitse-prezidentin bu  yanaşması dünya üçün bir çağırış olmalıdır. Çünki belə böhranlar sərhəd tanımır. Dünya isə hamımızın evidir. Kimsə belə bəlalardan sığortalanmayıb. Odur ki, hamımız ciddi düşünməliyik. Bəşəriyyətin və özümüzün xilası üçün   həmrəy olmalıyıq və  bu bəladan xilas olmalıyıq. Bu mübarizədə biz yenə də hər zaman olduğu kimi öndə Azərbaycan Prezidenti cənab İlham Əliyevi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanı görürük. Biz bir daha   cənab Prezident və Birinci Vitse-prezidentin xalqının sağlamlığının, təhlükəsizliyinin təmin olunması istiqamətində fədakarlığının bariz şahidi olduq. Azərbaycan xalqı bir daha  öz xoşbəxt gələcəyini, sağlamlığının müdafiəsini və təhlükəsizliyinin təmin edilməsini  necə etibarlı əllərə etimad göstərdiyinin şahidi oldu. Azərbaycan xalqı qürur duydu ki, onun fədəkarcasına onun qayğısına qalan belə rəhbəri var”- İ. Məmmədov deyib

Tarix: 21 Mart 2020, 23:54   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin